^
U

Ceyhun Bayramov: "İranla sərhədin nəzarətimizə götürülməsi suverenliyin təmin edilməsidir"


"Azərbaycan-İran sərhədinin tərəfimizdən nəzarətə götürülməsi artıq o ərazilərdə ölkəmizin suverenliyinin təmin edilməsi deməkdir. Hesab edirəm ki, bu yalnız sərhəd məsələsi deyil".

Bu fikirləri "Report"un xarici bürosuna müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

"Biz bilirik ki, işgalçı Ermənistan dövləti və rejimi bu illər ərzində orda qanunsuz fəaliyyət göstərib. Bildiyiniz kimi, həmin bölgə həm qanunsuz silah dövriyyəsi, narkotik maddələrin daşınması və bir çox qanunsuz fəaliyyətlər üçün mərkəz olub. Bu baxımdan təbii ki, ABŞ kimi belə məsələlərə xüsusi diqqət və önəm yetirən dövlət üçün, Azərbaycan dövlətinin həmin ərazidə suverenliyini bərpa etməsi üçün müsbət haldır və düsünürəm ki, məhz bu konteksdə də qəbul olunur".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Siyasət Oxunub: 471 Tarix: 25-10-2020, 13:19
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az