Prezident tapşırıq verdi: Lift təsərrüfatı tam yenilənməlidir


Prezident tapşırıq verdi: Lift təsərrüfatı tam yenilənməlidir


Lift təsərrüfatı tam yenilənməlidir və onların istismarı ilə bağlı təkliflər verilməlidir.

Bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Biz bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun.

Lift təsərrüfatı da həmçinin. Bir neçə il bundan əvvəl yenə də mənim Sərəncamımla bir çox binaların lift təsərrüfatı yeniləndi. Ancaq təəssüflər olsun ki, istismar dövründə liftlər sıradan çıxır. Ona görə lift təsərrüfatı tam yenilənməlidir və onların istismarı ilə bağlı təkliflər verilməlidir. Ümumiyyətlə, biz indi nümunəvi həyətlər yaradırıq. Ancaq əgər bu həyətlər normal vəziyyətdə saxlanmazsa, əgər daim diqqət olmazsa, orada qurulan bütün işlər bir il, iki il, beş ildən sonra sıradan çıxacaq. Ona görə siz fikirləşin, təkliflər verin, necə edək ki, yaradılmış yeni infrastruktur, o cümlədən abadlıqla bağlı işlər daim nəzarətdə olsun və təmirə ehtiyacı olan obyektlər vaxtaşırı təmir edilsin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Siyasət Oxunub: 43 Tarix: 4-11-2019, 20:20
Добавить комментарий
Ваше имя:*
Ваш e-mail:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Введите код: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
İstifadeci paneli
Youtube səhifemiz
Reklam
Avtomobil dünyası

Təqvim
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Saygaclar
MobTop.az