^
U

Cəmil Həsənli mitinqin təxirə salınmasını təklif edi


Cəmil Həsənlidən Milli Şuraya təklif: "İcazəsiz aksiyanı təxirə salaq"

MAY.AZ xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli təşkilatın noyabrın 2-nə təyin etdiyi icazəsiz aksiyanın təxirə salınmasını təklif edib.

Bu barədə C.Həsənli özünün "Facebook" hesabında yazıb.

O icazəsiz aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Mərkəzini və AXCP-ni təcili müzakirə aparmağa çağırıb.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Buna baxmayaraq AXCP sədri Əli Kərimli aksiyanın icazəsiz şəkildə Nəsimi rayonu, metronun "28 may" stansiyasının yaxınlığında keçiriləcəyini bildirib.

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Siyasət Oxunub: 658 Tarix: 31-10-2019, 17:22
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az