Четверг
окт 24

"Onsuz da Türkiyə bir müddətdən sonra Suriyadan çıxacaq"-Politoloq rəyi

"Onsuz da Türkiyə bir müddətdən sonra Suriyadan çıxacaq"-Politoloq rəyi


"Rusiya Suriya münaqişəsində demək olar ki, əsas oyunçuya çevrilib".

MAY.AZ xəbər verir ki, bunun Sonxeber.az-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirib.

O, qeyd edib ki, Türkiyənin "Barış Pınarı" əməliyyatı çərçivəsində ABŞ qoşunları Suriyanın şimal-şərqindən çıxandan sonra Rusiyanın mövqeyi daha da güclənib: "ABŞ Suriyanın şimal-şərqində öz mövqelərinin bir qismindən çəkiləndən sonra Rusiya burada yerləşdi. İndi Rusiya çalışır ki, Suriyada tam üstünlük onda olsun. İlk növbədə Suriyada böyük münaqişə sona çatıb. ABŞ-ın Suriyada əsasən heç min əsgəri qalmayıb. Rusiya Suriyada istənilən xarici ölkənin əsgəri varlığını qanunsuz adlandırıb. Hesab edirəm ki, Rusiyanın bu çağırışı Türkiyəyə aid deyil. İlk növbədə Rusiya və Türkiyə prezidentləri Soçidə 10 maddəlik sənəd imzaladılar. Hər iki tərəf Suriyada bir-birinin hərbi varlığını qəbul edir və birgə patrul sisteminə malikdirlər. Belə olan təqdirdə hər iki tərəf Suriyada əməıkdaşlıq edir. Kremlin bu açıqlaması əsasən ABŞ və digər ölkələrə, məhz İrana da aid ola bilər. Son aylarda Rusiya və İran arasında Suriyada fikir ayrılıqları yaşanır. Rusiya çalışır ki, tədricən İran və az kontingenti olan Fransa da Suriyadan çıxsın. Onsuz da Türkiyə bir müddətdən sonra Suriyadan çıxacaq. Əsas odur ki, şimali Suriyada PKK və YPG terror təşkilatı olmasın. Ankara ilə Dəməşq Moskvanın vasitəçiliyi ilə bir araya gələrsə, Ankara Suriyadan çıxacaq. Kremlin bu açqlaması İran və digər dövlətlərə aiddir. Türkiyə Rusiya əməkdaşlığı bundan sonra da birgə əməkdaşlığa məcburdular".

"Onsuz da Türkiyə bir müddətdən sonra Suriyadan çıxacaq"-Politoloq rəyi
"Onsuz da Türkiyə bir müddətdən sonra Suriyadan çıxacaq"-Politoloq rəyi

Комментарии (0)

Оставить комментарий