^
U

Rusiya Ermənistana etiraz notası göndərəcək


Rusiya ölkəyə məxsus ORSIS şirkətinin iştirak etdiyi silah tenderinin dayandırılmasına görə Ermənistana etiraz notası göndərmək niyyətindədir.

MAY.AZ-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə sənədin agentliyin əldə etdiyi kopyasında yazılıb.

Bununla yanaşı, Rusiya tərəfi Ermənistanın müdafiə naziri David Tonoyandan yaranmış vəziyyətlə bağlı tədbir görməyi istəyəcək.

Mənbənin məlumatına əsasən, nota yaxın zamanda erməni tərəfinə göndəriləcək.

Qeyd olunur ki, həmin sənəd oktyabrın 22-də Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev tərəfindən imzalanmışdır. Burada bildirilir ki, ORSIS-in tenderdə iştirakı üçün müraciəti tutarlı səbəb gətirilmədən rədd edilib, şirkətin özü isə Ermənistanın Silahlı Qüvvələrinin "qara siyahı"sına daxil edilib.

Natəvan Baxşiyeva
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Siyasət Oxunub: 604 Tarix: 24-10-2019, 12:35
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az