Ərdoğan and içdi - YENİLƏNİB


Ərdoğan and içdi - YENİLƏNİB


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.

May.Az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

R.T.Ərdoğan andiçməyə həyat yoldaşı Əminə Ərdoğan və digər ailə üzvləri ilə birlikdə gəlib.

09:44

Bu gün Türkiyə Böyük Millət Məclisində Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimi keçiriləcək.

May.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Beştəpədə “Prezidentin vəzifəsinə başlama mərasimi” baş tutacaq.

Mərasimdə 22 dövlət başçısı və 28 ölkədən nümayəndə iştirak edəcək. Ümumilikdə, tədbirə 10 min insan qatılacaq. Azərbaycanı bu mərasimdə baş nazir Novruz Məmmədov təmsil edəcək.

Təbdirin sonunda 101 top atışı həyata keçiriləcək və gələn qonaqlara xüsusi hazırlanmış 1 lirəlik əskinazlar təqdim olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
нравится0
не нравится0
00
Bölmə: Siyasət Oxunub: 235 Tarix: 9-07-2018, 23:14

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz