Среда
фев 07

Polşa prezidenti Holokost haqqında qanun imzaladı

Polşa prezidenti Holokost haqqında qanun imzaladı


Polşa prezidenti Andjey Duda "Polşa ölüm düşərgələri" formulundan istifadə və Polşa millətinin Holokostda iştirakı haqqında digər faktların yayılmasına görə cəza tətbiqi nəzərdə tutan Milli yaddaş institutu haqqında yenilənmiş qanunu imzalayıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı dövlət başçısının mətbuat katibi Kşiştof Lapinski deyib.

İsrail tərəfi bu qanunu Holokost qurbanlarının ifadəsinə görə cəza tətbiq etmək üçün bir fürsət kimi qəbul edib. Yəhudi dövlətində hesab edirlər ki, bu, söz azadlığını məhdudlaşdıracaq və II Dünya müharibəsi illərində yəhudilərə qarşı törədilmiş cinayətlər haqqında açıq müzakirələrin aparılmasını mümkünsüz edəcək. Halbuki, bu cinayətlərin törədilməsində polşalılarında iştirakına dair faktlar var.

Комментарии (0)

Оставить комментарий