Суббота
янв 20

Azərbaycana unikal “Skif” raketləri gətirildi

Azərbaycana unikal “Skif” raketləri gətirildi


Azərbaycan silahlı qüvvələrinin ən müasir silah və hərbi texnika ilə təchizatının ötən il də gücləndirilmiş templə davam etdirildiyi məlum olur.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycana Rusiyadan yeni hərbi texnika və döyüş sursatının növbəti iri partiyasının gətirildiyinə dair ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumatın ardınca daha bir silah sövdələşməsinin həyata keçirildiyi məlum olub.

Ukraynanın “Ekonomiçeskie izvestiya” (“İqtisadi xəbərlər”) nəşrinin məlumatına görə ötən il bu ölkənin “Luç” Konstruktor Bürosu Azərbaycana Belarusla birgə işlənib hazırlanmış 50 vahid “Skif” tank əleyhinə daşınan raket kompleksini çatdırıb. Raket kompleksləri RK-2S tandem-kumulyativ başlıqlı və RK-20F qəlpəli-fuqas başlıqlı raketlərlə təchiz olunub. (http://news.eizvestia.com/news_politics/full/1901-azerbajdzhan-zapasaetsya-ukrainskimi-ptrk-skif-zloj-odessit)

Azərbaycana unikal “Skif” raketləri gətirildi

Комментарии (0)

Оставить комментарий