auto.may.az

Gundem Butun xeberler

Xeber Arxivi

Апрель 2018 (82)
Март 2018 (45)
Февраль 2018 (33)
Январь 2018 (279)
Декабрь 2017 (117)
Ноябрь 2017 (189)

Teqvim

«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Facebook



» » İham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib - FOTO

İham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib - FOTO

Baxilib: 56 Muellif: Admin

İham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib - FOTO


Belçika Krallığında işgüzar səfərdə olan prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

BAKU.WS-in məlumatına görə, dövlət başçısı İlham Əliyevi NATO-nun baş katibi Yens Stoltenberq qarşılayıb.

Rəsmi foto çəkdirilib.

Sonra Azərbaycan prezidenti ilə NATO baş katibinin görüşü olub.

Görüşdə Azərbaycanla NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Yens Stoltenberq ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirib. NATO-nun baş katibi Azərbaycanın Əfqanıstana verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, Azərbaycanın Əfqanıstana yardımı genişləndirmək planı bu ölkənin iqtisadi inkişafına töhfəsini verə bilər.

Prezident İlham Əliyev NATO ilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda və bu ölkənin iqtisadiyyatının yenidən qurulmasında fəal iştirak edir.

Söhbət zamanı Azərbaycanın Ceyrançöl ərazisində NATO-nun minatəmizləmə əməliyyatlarına verdiyi dəstəkdən məmnunluq ifadə olunub. Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti vurğulanıb.

Görüşdə qeyd edilib ki, Azərbaycanla Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq həyata keçirilir.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib.

Regional məsələlərin də müzakirə olunduğu görüşdə prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib. NATO-nun baş katibi dəvəti qəbul edib.скачать dle 11.0фильмы бесплатно

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bolme: Siyasət Tarix: 23-11-2017, 19:17

Bölmənin digər xəbərləri

“Azərbaycan terrorçuluğun bütün formalarına qarşı mübarizəni dəstəkləyir” Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib İlham Əliyev Xətaidəki 265 nömrəli məktəbə də baş çəkib İlham Əliyev:
   
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.