Bolmeler
» » “Azərbaycan terrorçuluğun bütün formalarına qarşı mübarizəni dəstəkləyir”

“Azərbaycan terrorçuluğun bütün formalarına qarşı mübarizəni dəstəkləyir”

“Azərbaycan terrorçuluğun bütün formalarına qarşı mübarizəni dəstəkləyir”


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Terrorçuluqla mübarizə və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Çen Qopinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, E. Məmmədyarov Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib və bu baxımdan iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin, həmçinin son dövrlər intensivləşən səfərlər mübadiləsinin rolunu xüsusi vurğulayıb.

Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü yaxından dəstəklədiyini deyən E. Məmmədyarov 30 oktyabr 2017-ci il tarixində istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun bu çərçivədə yük və sərnişin daşınması baxımdan əməkdaşlıq üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb. Həmçinin, Azərbaycan iqtisadiyyatının xüsusilə qeyri-neft sektorunda Çin şirkətlərinin daha fəal şəkildə təmsil olunmasında ölkəmizin maraqlı olduğunu deyib.

Çen Qopinq isə Çin hökumətinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib və iki ölkənin əməkdaşlığı üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycanın İpək Yolunun vacib iştirakçılarından biri olduğunu qeyd edən Çen Qopinq “Bir Kəmər, Bir yol” layihəsinə Azərbaycanın yaxından iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.

Ç. Qopinq Azərbaycan və Çin hökumətləri arasında strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin terrorizmə qarşı mübarizə sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bu xüsusda, E. Məmmədyarov Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəklədiyini və beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə irəli sürülən təşəbbüslərlə bağlı Çinlə Azərbaycanın eyni mövqedən çıxış etdiyini deyib.

Görüşdə beynəlxalq və regional xarakterli digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Siyasət Baxilib: 121 Muellif: Admin Tarix: 21-11-2017, 18:18
XEBER LENTI
Bakıya yeni gətirilən zibil qutusu yandı - FOTOAzərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTOHava şəraiti ilə bağlı hərbi hissələrə GÖSTƏRİŞ VERİLDİSabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdiFHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdiSON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIRAzərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQPutin niyə smartfon işlətmir? - Peskov açıqladıBakıda dəhşət - Ərini ürəyindən bıçaqladıAzərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi2019-cu ildə Azərbaycanı nələr gözləyir – PROQNOZÜç günlük körpənin qəbiristanlığa atılmasının səbəbi bilindi: Qadının əri...Enerji içkiləri yenidən ucuzlaşdı – Aksiz təxirə salındı"Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı - AzərbaycandaCəmi iki söz həyatınızda möcüzəyə çevirəcəkReanimasiyada müalicəsi davam edən Mehmet Ali Ərbilin vəsiyyəti — ÜZƏ ÇIXDI"Acunla çox gözəl vaxt keçiririk" - İtır danışdı"Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır?"Bakıda temperatur 2 dərəcəyə enəcək, küləyin istiqaməti dəyişəcək"Erbil indi daha yaxşıdır"Yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib – Ağdaşda╰☆╮Gözəl Qiz Şəkileri - 2╰☆╮Diqqət! Diş ətinin vəziyyəti bu xəstəliklərə işarədirMüxtəlif qidalarda KALORİ MİQDARI. Arıqlamaq istəyənlər üçün CƏDVƏL
Reklam
Teqvim
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Facebook-da biz