^
U

Ramil Usubov son 5 ildə 134 polisi vəzifəsindən azad edib


"Daxili işlər orqanlarının şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür”.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bunu daxili işlər naziri Ramil Usubov Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçirilən görüşdə deyib.

Nazir bildirib ki, təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib. 134 nəfərin tutduğu vəzifədən azad olunduğu, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Siyasət Oxunub: 953 Tarix: 17-02-2017, 01:27
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az