^
U

Ərdoğan FETÖ məktəbləri ilə bağlı tapşırıq verdi: Siyahıda Azərbaycan da var


Türkiyə FETÖ ilə bağlantıda şübhəli bilinən xarici ölkələrdəki məktəbləri yenidən qurur.

Türkiyə Maarif Vəkfi FETÖ ilə əlaqəsi olan cəmi 688 məktəbin fəaliyyət göstərdiyi 113 ölkədən 11-də yerləşən məktəblərin təhvil-təslim edilməsi üçün razılığa gəlib.

BAKU.WS-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu məqsədlə artıq Somali, Qvineya, Nigeriya olan bütün məktəblərdə və Cerablusda açılan 3 yeni türk məktəbində təlimlərə başlanılıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə Maarif Vəqfi cumhuriyyətin qurulmasının 100-cü ilində təhsil sahəsində yüksək ixtisaslı, keyfiyyətli, nüfuzlu qurumlarla 7 qitədə faaliyətə başlamağı planlaşdırır.

Maarif Vəqfinin yaxın gələcəkdə ziyarət etməyi planladığı 20 ölkə arasında Azərbaycan da yer alır. Qeyd edək ki, Azərbaycanda FÜTÖ ilə əlaqədə şübhəli bilinən Qafqaz Universiteti fəaliyyətini dayandırıb. Onun yerində Bakı Mühəndislik Universiteti yaradılıb.

Arzu Mirzəyeva
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: FETÖ, məktəb, azərbaycan
Bölmə: Siyasət Oxunub: 1 040 Tarix: 10-02-2017, 13:21
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az