Понедельник
окт 26

Ərdoğan Fransa mallarını boykot etməyə ÇAĞIRDI

Ərdoğan Fransa mallarını boykot etməyə ÇAĞIRDI


"Bizim dinimizdə xristian olmaq günah deyil, biz ona da sahib çıxırıq. Eyni şəkildə musəviyə də sahib çıxırıq. Ancaq gəlin Fransada əgər müsəlmanlara qarşı bir zülm varsa, hamımız birgə biz ora da sahib çıxaq deyə buradan dünya liderlərinə səslənirəm".

May.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mövludi Nəbi Həftəsi Açılış proqramında çıxışı zamanı söyləyib.

"Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın!", - ölkə başçısı vurğulayıb.

Комментарии (0)

Оставить комментарий