^
U

ABŞ generalı Ermənistanın mülki əhalini hədəf almasını qınadı


“Ermənistanın Azərbaycan şəhərlərini, əhəmiyyətli obyektlərini və ərazilərini hədəf alması güc tətbiqinin əhatəsinin genişlənməsidir”.

“MediaPost” Xəzər Siyasi Mərkəzinə istinadən xəbər verir ki, bunu ABŞ Ordusunun general-mayoru, təqaüddə olan hərbçi Maykl Repas (Michael Repass) bildirib.

“Xüsusilə də Ermənistanın Azərbaycan şəhərlərini qəsdən hədəfə alması müharibənin şiddətinin və miqyasının artdığını göstərir”, - ABŞ hərbçisi vurğulayıb.

O qeyd edib ki, bu hətta mülki əhaliyə də daha çox zərbə vurmağa hazır olduğunun potensial siqnalıdır.

ABŞ hərbçisi vurğulayıb ki, Ermənistanın münaqişə zonasından kənarda mülki hədəflərə hücum etməsi və bunun üçün ölümcül silahlardan istifadə etməsi münaqişənin şiddətində şaquli artımdır:

“Ermənistan həm də hücumların coğrafi əhatəsini genişləndirərək münaqişəni üfüqi şəkildə artırdı. Xüsusilə də bu uzaq mənzilli, yüksək dağıdıcı gücə malik raketlərin Dağlıq Qarabağdan deyil, Ermənistan ərazisindən atıldığı bildirilir və hədəflər münaqişə zonasından kənardır”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Siyasət Oxunub: 479 Tarix: 13-10-2020, 00:49
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az