^
U

İrlandiya səmasında müəmmalı qırmızı "köpük"


İrlandiyalı həvəskar astronom Ralf Smit öz teleskopu ilə Yer kürəsindən 9.200 işıq ili məsafəsində, Kassiopeya bürcündə yerləşən "Köpük dumanlığı"nın şəklini çəkib.

MAY.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, Smit bu məsafəni bütün "Samanyolu" ərazisinə nisbət o qədər də böyük hesab etmir, çünki doğma qalaktikamızın diametri 100 min işıq ilinə bərabərdir.

Dumanlıq qırmızı rəngdədir. Kimyaçı olan astrofotoqraf buludun hidrogendən ibarət olduğunu və əhatə etdiyi ulduzun enerjisinin təsiri altında daim böyüdüyünü bildirib.

56 yaşlı Smit bu maraqlı fotonu öz evinin həyətində, iki geçə ərzində çəkib. O, Şimali İrlandiyada əsasən buludlu hava şəraiti olduğunu nəzərə alaraq, belə bir nəticəni əldə etdiyi üçün özünü çox şanslı hesab edir.

Həvəskar astronom, uşaqlıqdan gecə səmasını seyr etməyi sevdiyini, lakin illərlə bu hobbi üçün sadəcə boş vaxtının olmadığını bildirib.

Qeyd edək ki, "Köpük dumanlığı" həmçinin "NGC 7635" adıyla tanınır. Onun daxilindəki ulduz çox böyük və Günəşdən 4000 dəfə daha parlaqdır. Bu cür ulduzlar özlərindən daim güclü maddələr ixrac edir. Nəticədə bənzər dumanlıqlar meydana gəlir.

Natəvan Baxşiyeva
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Foto Oxunub: 699 Tarix: 28-10-2019, 20:13
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az