Вторник
окт 30

"Həmin şalvarlara da "banan şalvar" deyirdilər" - İzzət kostyumundan danışdı - FOTO

"Həmin şalvarlara da "banan şalvar" deyirdilər" - İzzət kostyumundan danışdı - FOTO


Tanınmış müğənni İzzət Bağırov 1995-ci ildəki çəkilişdə geyindiyi və son vaxtlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən geyimindən danışıb.

MAY.AZ xəbər verir ki, sənətçi ölkə.az-ın əməkdaşıyla söhbətində bildirib ki, həmin dövrdə bu cür enli geyimlər dəb imiş:

"Həmin fotonun sosial şəbəkədə paylaşılıb Lady Gaganın geyimi ilə müqayisə olunmağından xəbərim var. O çəkiliş 23 il əvvəl olub. Həmin vaxt mənim 19 yaşım var idi. Hamı bir-birinin bəhsinə daha enli şalvarlar, pencəklər alırdı, yaxud tikdirirdi. Həmin şalvarlara da "banan şalvar" deyirdilər".
Qeyd edək ki, sosial şəbəkədə paylaşılan fotoda İ.Bağırovun həmin geyimi dünya şöhrətli müğənni Lady Gaga-nın geyimi ilə müqayisə edilib.

Комментарии (0)

Оставить комментарий