May.Az Forum Auto Musiqi Oyunlar Tanışlıq Xəbərlər Bizimlə əlaqə Qaydalar Statistika Все проекты

27 illik fərqlə Kəlbəcərdən köç... - Foto+Video


27 illik fərqlə Kəlbəcərdən köç... - Foto+Video


Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini müvafiq cədvəl əsasında dekabrın 1- nə kimi qeyd-şərtsiz tərk etməlidir.

İlk olaraq 15 noyabr tarixində Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə veriləcək. Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi deməkdir. Bildirək ki, qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməyib. Azərbaycan ordusu işğalçını təslimetmə əməliyyatını və 27 ildir yerinə yetirilməyən BMT qətnamələrinin icrasını da həyata keçirir.

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Artıq erməniləri qeyri-qanuni yaşadıqları Azərbaycan torpaqlarını tərk edirlər. 27 il öncə azərbaycanlılar öz doğma yurdları olan Kəlbəcərdən qovularkən üzləşdikləri problemlərlə müqayisədə ermənilərin qanunsuz yaşadıqları əraziləri rahat şəkildə tərk etməsinə imkan yaradılır.

Onlar təhlükəsiz şəkildə və atəşə məruz qalmadan rahatlıqla Kəlbəcərdən çıxır. Ancaq ermənilər Kəlbəcəri tərk edərkən vandalizm niyyətlərindən əl çəkmirlər. Meşələri yandırır, təbiətə ziyan vururlar. Həmçinin yaşadıqları evləri də benzinlə yandırırlar. Gedərkən evlərin dam örtüyünü, unitazlarını belə söküb aparırlar. Beynəlxalq mediada, eləcə də erməni KİV-lərində yayılan foto və videolarda ermənilərin Kəlbəcərdə yaşadıqları və yaşamadıqları evlərə od vurduğu kadrlar da işıqlandırılıb.

"Sputnik Ermənistan"ın çəkiliş qrupu Kəlbəcərdən çıxan erməni əhalisinin fotolarını yayımlayıb. Fotolarda aydın görünür ki, ermənilər əsasən bütün əşyalarını yük maşınlarına yükləyərək, daşıyırlar. Hətta mal-qaranı da rahat şəkildə apara bilirlər. Rusiyanın "RBC" agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev yazır ki, ermənilər gedərkən evləri qəsdən yandırırlar. Hətta məktəb binasına da od vurulub. BBC-nin reportajında evi yandıran erməni belə deyir: "Mən yaşamıramsa, heç kim yaşamasın". Bütün bunlar sadəcə vandallıqdır. Belə ki, Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırıb. Lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməyib.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün yetərlidir.(axşam.az)



Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


Bölmə: Oxunub: 115 Tarix: 15-11-2020, 03:00
Bu xəbərləri də oxuyun
  • Misir portalı: Ermənilər tərk etdikləri ərazilərdə evləri və meşələri yandırır
  • Emin Hacıyev: "Müzəffər Ordumuz Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi"
  • Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb
  • Bu gün Kəlbəcər işğaldan azad edilir
  • Prezident: "Qələbələrimiz məcbur etdi ki, Ermənistan Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın"
  • Prezident İham Əliyev Ermənistanı kapitulyasiyaya məcbur etdi
  • Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"
  • Hesablama Palatası xariciləri erməni vandalizmi barədə məlumatlandırdı
  • Hikmət Hacıyevdən ermənilərin yayıb sildiyi foto ilə bağlı AÇIQLAMA - FOTO
  • Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
  • Azərbaycanın itirdiyi torpaqlar - Tarix
  • Rus politoloq: "Azərbaycan bir neçə saatdan sonra..."
  • Fransalı ekspert: "Əks-hücum əməliyyatlarının günahkarı Ermənistandır"
  • Bu il Azərbaycanda “Ümumdünya Statistika Günü” qeyd edilməyəcək
  • XİN:"Azərbaycan mülki əhalini qorumaq üçün Ermənistana adekvat cavab verəcək"
  • Azərbaycan XİN açıqlama YAYDI
  • İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədi
  • Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
  • Prezident İlham Əliyev: "Bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"
  • Prezidentin köməkçisi: "Düşmən yerinə otuzdurulur"
  • Erməni diplomat beynəlxalq tədbirdə susduruldu
  • Ermənipərəst Vladimir Pozner ABŞ-da belə susduruldu - VİDEO
  • Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı
  • Tərtər, Ağdam, Füzuli rayonlarının kəndləri atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
  • Ermənistan panikada: Hərbi texnikanın əksər hissəsi Qarabağa yeridildi
  • XİN: Sarkisyan yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı
  • Ermənilərin törətdiyi təxribatlar - İl ərzidnə atəşkəs rejimini 40 732 dəfə pozublar
  • İlham Əliyevdən Donald Trampa təbrik məktubu
  • Milli qəhraman Rövşən Əkbərov: "İlham Əliyevin əmrini yerinə yetirməyə hazırıq"
  • DTX generalı aprel döyüşlərindən yazdı
  • Sarkisyan təmas xəttində - Azərbacanın işğaldan azad etdiyi ərazilər müzakirə olundu
  • İlham Əliyev: " İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələr çıxarılmalıdır"
  • Добавить комментарий
    Ваше имя:*
    Ваш e-mail:*
    Введите код: *
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
    MobTop.az MobTop.az MobTop.az MobTop.az