^
U

"Qarabağ Azərbaycandır!" mövzusunda ZƏRFLƏR - FOTO

"Azərpoçt" MMC tərəfindən "Qarabağ Azərbaycandır!" mövzusunda markalı zərflər dövriyyəyə buraxılıb.

"Azərpoçt" MMC-dən BiG.AZ-a verilən məlumata əsasən, zərflərin üzərində Azərbaycan xəritəsi, Azərbaycan və ingilis dillərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunub. Üz tərəfin fonunda isə hərbi kamuflyaj təsvir edilib.

Sözügedən zərflər sadə, sifarişli və sifarişli-xəbərnaməlidir. Sadə zərflərin markasında işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, sifarişli zərflərin markasında Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən və 1314-cü ilə aid Qutlu Musa türbəsi, sifarişli-xəbərnaməli zərflərin markasında isə Şuşa şəhərinin gerbi təsvir olunub.

Qeyd edək ki, zərflərin dizaynı "Azərmarka" MMC-nin əməkdaşı Anar Mustafayev tərəfindən hazırlanıb.
"Qarabağ Azərbaycandır!" mövzusunda ZƏRFLƏR - FOTO
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Foto Oxunub: 482 Tarix: 23-10-2020, 13:09
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az