Вторник
дек 24

Milad hədiyyəsi böyük sirrin üstünü açdı

Milad hədiyyəsi böyük sirrin üstünü açdı


Qız Milad bayramı münasibətilə sevgilisini təbrik etmək istəyərkən, təsadüfən böyük bir sirrin üstünü açıb. O, bu hadisəni “Reddit” portalında paylaşaraq, istifadəçilərdən məsləhət istəyib.

Anonim istifadəçi bildirib ki, oğlan dostu Den bir dəfə sözarası DNT analizindən keçmək istədiyini deyib. Bayram ərəfəsində də qız ona belə bir imkan vermək istəyib.

“Bilirdim ki, məndən belə bir hədiyyə gözləmir. Bu hədiyyə dəqiq onu sevindirəcəkdi. İdeal sürprizdir, elə deyilmi?”, - deyə qız yazıb.

Bundan sonra o, DNT ilə bağlı sifariş verib. Bir neçə gündən sonra Denin anası ona hədiyyə seçimi ilə bağlı müraciət edib.

“Mən ona DNT testi ilə bağlı danışdıqda, qadının rəngi ağardı və hədiyyə seçimi ilə bağlı onun ad gününə qədər tələsməməyi xahiş etdi. O, bu barədə əri ilə danışmalı olduğunu dedi. Bizim söhbətimiz Denin otağa girməsi ilə yarımçıq qaldı”, - deyə statusun müəllifi bildirib.

Səhəri gün qız sevgilisinin anasına yazaraq təfərrüatı öyrənmək istədiyini bildirib. Ana bildirib ki, keçmiş əri sonsuz olduğundan o, başqa donordan süni mayalanma yolu ilə hamilə qalıb.

“Bunu Dendən əvvəl öyrəndiyim üçün özümü pis hiss etdim. Axı ona yalan demək istəmirdim. Bu vəziyyətlə bağlı narahatlığımı onun anasına dedim”, - deyə qız əlavə edib.

Denin anası bildirib ki, süni mayalanma üsulu ilə dünyaya gələn ikinci oğlu başqa ştatda yaşayır. O, indi onları bir yerə toplamaq və bütün həqiqəti demək üçün uyğun vaxt gözləyir.

“O, sirri Denin ad günündə, yəni iyul ayında açıqlamaq istəyir. Ancaq hesab edirəm ki, bunu Yeni ilə qədər etmək lazımdır. Çünki uyğun vaxt heç vaxt olmayacaq. Necə düşünürsünüz, onu tələsdirməkdə haqlıyammı?”

İstifadəçilərin çoxu qıza hədiyyə kimi DNT testindən imtina etməsini və valideynləri ilə sevgilisinin münasibətlərinə qarışmamasını tövsiyə ediblər. Lakin hər şeyi sevgilisinə danışmağı tövsiyə edən istifadəçilər də tapılıb.

Комментарии (0)

Оставить комментарий