Вторник
сен 17

Vəfat edən şəxsin aliment borcu necə ödənilir?

Vəfat edən şəxsin aliment borcu necə ödənilir?


Redaksiyamıza aliment mövzusu ilə bağlı növbəti sual daxil olub. Sualda bildirilir ki, qadının vəfat edən keçmiş ərinin aliment borcu qalıb. Bu halda həmin borcu necə ödəmək olar?

Mövzu ilə əlaqədar vəkil Roman Qaraşova müraciət etdik.

Vəkil E-huquq.az-a bildirib ki, əgər borclu şəxs vəfat edirsə və adına qeydiyyatda olan heç bir əmlakı yoxdursa, bu zaman icra sənədinə xitam verilir: “Burada söhbət indiyə qədər yaranmış borcdan gedir. Sənədə xitam verildikdən sonra yeni borcun yaranması və hesablanması mümkün deyil".

Onun sözlərinə görə, borclunun öz adına qeydiyatda əmlakı qalıbsa, bu zaman qadın aliment üzrə borcun ödənilməsi məqsədi ilə məhkəməyə iddia verməlidir: “Borc vəfat edən şəxsin qalan əmlakı ilə ödənməlidir. Yerdə qalan əmlakı isə vərəsəlik qaydası ilə müəyyən edilərək vərəsələr arasında bölünür”.

Комментарии (0)

Оставить комментарий