Пятница
янв 29

Ölümün qaranlığı, yoxsa həyatın gözəlliyi?


Dünya boyda xaosun ortasında xoşbəxt olmağa çalışmaq, bəzən buna nail olmaq, bəzən də səni ayaqda saxlayan bir onurğa sütunun yox imiş kimi yerə "yapışmaq", hər şeyə rəğmən, başına gələn pis şeylərdən, bədbəxtliklərdən, rastına çıxan "təkhüceyrəli varlıqlar"dan dərs çıxarmaq, gözlərinin yaşı qurumamışkən əlinin arxası ilə kirpiklərini qurulayıb gülmək elə gözəldir ki…
Yaşamaq, hər şeyə rəğmən, elə gözəldir ki…
Çətin, çox çətin bir dövrdən keçirik, gələcək günlərimiz, bəlkə də, daha çətin olacaq.
Son zamanlar ard-arda baş verən intiharlar cəmiyyət olaraq o çətin günlərə psixoloji cəhətdən hazır olmadığımızı göstərir.
Lakin nə olur olsun, nə yaşayırıq yaşayaq, ilk əl çəkdiyimiz şey canımız olmasın. Can sağlığını əldə etmək o qədər çətin ikən, problemlər qarşısındakı seçimimiz ondan keçmək olmasın.
Bəlkə, indi bəziləriniz bu sözləri oxuyarkən "Rahat deyirsən də, nə yaşamısan ki?!" deyə düşünürsünüz.
Hamımız yaşamışıq, hər birimiz özlüyümüzdə o düşüncəni beynimizdən, bir saniyəlik belə olsa, keçirəcək nələrsə görmüşük həyatda. Amma o ani düşüncəyə milyonlar versək, ala bilməyəcəyimiz canımızı qurban etməmişik, bundan sonra da etməyək!
Yaşamaq gözəldir, həm də hər şeyə rəğmən!
Aysel Səmədova

Комментарии (0)

Оставить комментарий