^
U

Professordan hamilə qadınlara XƏBƏRDARLIQ


Reproduktiv Tibb və Cərrahiyyə Dərnəyinin başçısı professor Timur Gürkan koronavirusun hamilə qadından körpəyə keçmə ehtimalı haqqında təəccüblü bir məlumat verib.

T. Gürkan ana bətnindəki döllərin virusa yoluxma ehtimalının 20 faiz olduğunu deyib.

Professor bildirib ki, 80% hamilə qadında yoluxma halı gerçəkləşməyəcək: “Bir həftə əvvələ qədər baş verən hadisələrdən əldə etdiyimiz məlumatlar virusun anadan körpəyə keçmədiyini deməyə əsas verirdi. Dünən ABŞ və Çindən gələn son məlumatlara görə, bu virusun anadan körpəyə keçə biləcəyini öyrəndik. Ancaq yoluxmama şansı çox yüksəkdir. Yeni doğulan və koronavirusa yoluxmuş bir körpənin intensiv müalicə olunma şansı var.

Qeyd edək ki, indiyədək vaxtında müdaxilə edilən körpələrin heç biri ölməyib.(publika)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Maraqlı ve Meslehetli Oxunub: 487 Tarix: 29-03-2020, 11:51
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az