Суббота
мар 28

Daha bir ölümcül virus 176 can aldı - Hantavirus DEYİL

Daha bir ölümcül virus 176 can aldı - Hantavirus DEYİL


Koronavirus, hantavirus, indi isə Nigeriyada tüğyan edən "Lassa" virusu can almağa davam edir.

BiG.AZ-ın outbreaknewstoday-a istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyi martın 16-dan 22-dək burada 28 nəfər virusa yoluxduğunu bildirib.

Ondan bir həftə öncə virus 51 nəfərdə aşkarlanıb. Nəticədə isə Nigeriyada "Lassa" xəstələrinin sayı 932 nəfərə çatıb.

Eyni müddətdə 2019-cu ildə bu xəstəlik 510 nəfərdə qeydə alınıb.

2020-ci ildə virusdan ölənlərin sayı 176-ya çatıb.

Qeyd edək ki, siçanlardan (onların ifrazatlarından) insana və insandan insana keçən, hərarətin qəfil yüksəlməsinə və ölümə səbəb olan bu xəstəlik ilk dəfə 1969-cu ildə ortaya çıxıb və hazırda Nigeriyanın 29 əyalətində yayılmış vəziyyətdədir. Tibb işçiləri insanlara təmizliyə riayət etməyi, siçan və bənzər heyvanlardan uzaq durmağı tövsiyə edir.

Natəvan Baxşiyeva

Похожие новости
{title
Yuxu yozmaları H hərfi
19-01-2024, 11:48
Комментарии (0)

Оставить комментарий