Суббота
янв 11

Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu

Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu


Rusiyanın Altay vilayətində uşaqlı qadının yol pulunu verən məktəbli oğlan milyoner olub.

RİA Novosti agentliyinin xəbərinə görə, Kamen-na-Obi şəhərində bloqer Nataliya Mişina uşağı ilə avtobusa minib.

Avtobusda uşaq dəcəllik edib və gediş haqqını ödəmək qadının yadından çıxıb. Daha sonra o, pulun başqa bir sərnişin tərəfindən ödənildiyini öyrənib.

Məlum olub ki, bu jesti edən şəxs anası ilə yaşayan yeddinci sinif şagirdidir.

Uşaq bu xoşməramlı addımı ailəsindən insanların bir-birinə kömək etməsi lazım olduğunu öyrəndiyi üçün elədiyini deyib.

Bloqer bildirib ki, məktəblinin atası yoxdur, anası onu tək böyüdür. O, rəsm çəkməyi sevir, amma Rəssamlıq məktəbində oxumağa maddi imkanı çatmır.

Nataliya Mişina uşağın maddi ehtiyaclarının ödənilməsinə kömək məqsədilə “Instagram” hesabında pul toplanması üçün elan yerləşdirib. Bu məqsədlə iki min adamın iştirakı ilə 1,5 milyon rubl (41,550 AZN) pul yığılıb.

Uşağın anası bildirib ki, o, bu pulla oğluna mənzil alacaq.

Mənbə: oxuaz

Комментарии (0)

Оставить комментарий