Вторник
дек 24

"Böyrəyini başqasına ver": ABŞ-da zəncirvari donor əməliyyatı keçirildi

"Böyrəyini başqasına ver": ABŞ-da zəncirvari donor əməliyyatı keçirildi


ABŞ-da zəncirvari donor əməliyyatı keçirilərək dörd nəfərin həyatı xilas edilib.

“Newsweek” xəbər verir ki, Аli Şeppel adlı qadın böyrəyini qurban verərək “transplantasiya zənciri” kimi tanınan əməliyyata start verib.

Qadın böyrəyini öz keşişinə vermək istəyib lakin onun orqanı kişiyə uyğun gəlməyib. Onda Şeppel böyrəyini tanımadığı adama verib.

“Xeyirxah donorluq konkret insanlara bağlı deyil. Lakin bu müəyyən zəncirin yaranmasına imkan verir”, - bunu əməliyyatı həyata keçirən cərrah Şon Kumer bildirib.

Şeppelin də qatıldığı zəncirdə bir tərəfdən dörd donor digər tərəfdən dörd xəstə iştirak edib. Nəticədə qadının keşişi lazımi böyrəyi əldə edə bilib.

Комментарии (0)

Оставить комментарий