Понедельник
дек 23

Ruslar 70 ildən sonra sevindi - Rekord yenilənir

Ruslar 70 ildən sonra sevindi - Rekord yenilənir


Dekabr, Moskvada son 70 ilin ən az qarlı ayı kimi tarixə düşə bilər.

Bu ilin dekabrı son 50 il üzrə ən isti "Top-3"ə daxil ola bilər.

Bu barədə "Meteoxəbərlər" saytında məlumat yer alıb:

"Ayın sonuna doğru orta temperatur 1 dərəcə təşkil edir. Bu isə iqlim normasından 6 dərəcə yüksəkdir. Hələ ki, 1960 və 2008-ci illərin dekabr ayları ilk sıralardadır. Bu ay paytaxtda cəmi 10 gün qar yağıb".

Meteoroloqlar qeyd edib ki, son 50 ildə paytaxtda dekabr ayının 52% -i ay boyu qar örtüyü olub, 38% halda isə 24-30 gün arasında dəyişib.(publika)

Комментарии (0)

Оставить комментарий