^
U

ANS ÇM geri qayıdır - YENİ ADLA


“ANS Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev yeni şirkət yaradıb.

Söhbət “İNS ÇM” MMC-dən gedir.

Yeni kommersiya qurumunun adı 2016-cı ilin iyul ayına qədər adı çəkilən holdinqin tərkibində fəaliyyət göstərmiş Milli Qəhrəman Çingiz Mustafayev adına “ANS ÇM” radiosunu xatırladır. Milli Televiziya və Radio Şurası bu günlərdə həmin radionun vaxtilə yayımlandığı 102FM tezliyini müsabiqəyə çıxarıb.

Vergilər Nazirliyinin məlumatına görə, “İNS ÇM” noyabrın 12-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 174, mənzil 62, nizamnamə kapitalı 100 manatdır.

S.Mustafayev bildirib ki, yeni şirkətin yaradılmasında məqsəd sözügedən müsabiqədə iştirak etmək və tezliyi əldə edərək yenidən radio fəaliyyətinə başlamaqdır. (report)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Afisa Oxunub: 611 Tarix: 9-12-2019, 17:09
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az