Zərdabda axundun oğlu içkili maşın idarə etdiyi üçün saxlanılıb

Zərdabda axundun oğlu içkili maşın idarə etdiyi üçün saxlanılıb
0
---
Yayınlanma tarihi: 1-12-2019, 21:20
Zərdabda axundun oğlu içkili maşın idarə etdiyi üçün saxlanılıb


Zərdabda axundun oğlu saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir.

Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb.

Qeyd edək ki, M. Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!