Qoyunların müəmmalı qətlini büdpərəst polislər araşdıracaqlar


Qoyunların müəmmalı qətlini büdpərəst polislər araşdıracaqlar


Böyük Britaniya Büdpərəst Polislər Assosiasiyası İngiltərənin cənubunda yerləşən Gempşir qraflığının Bramşou kəndində heyvanların müəmmalı şəkildə öldürülməsi ilə bağlı araşdırmalara başlayıb.

“Mirror” nəşri bildirir ki, heyvanların öldürülməsi ritual xarakter daşıyır. Bundan əlavə, yerli kilsənin binasının üzərində naməlum şəxslər tərəfindən "666" ədədi yazılıb.

Cinayətin araşdırılmasına büdprəst polislər öldürülmüş qoyun və inəklərin cəsədlərində pentaqramlar və çevrilmiş xaçlar çəkildikdən sonra cəlb edilib.

Yerli sakinlər hesab edirlər ki, “şeytani qətllər” fermerlərdən biri tərəfindən törədilə bilər. Yerli kilsə vikarisi (yepiskop müavini – red.) bu ritual xarakterli cinayətlərin yenə törədiləcəyini ehtimal edib. Onun sözlərinə görə, kəndin yerləşdiyi Nyu-Forest rayonu qədim zamanlardan bəri qaranlıq qüvvələrlə bağlı cadugərləri ilə tanınırdı.

Assosiasiya rəhbərinin fikrincə, bu cinayətin arxasında ya yeniyetmələr, ya da ruhi cəhətdən sağlam olmayan insan dayanır.

Böyük Britaniya Büdpərəst Polislər Assosiasiyasının üzvləri politeizmin ( iki və daha çox tanrıya inancın əsasında qurulmuş dünyagörüşü – red.) tərəfdarlarıdır. Onlar 2009-cu ildən okkultizm əlamətləri olan cinayətləri araşdırırlar.(oxu)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Manşet Oxunub: 152 Tarix: 1-12-2019, 20:16

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz