Понедельник
ноя 25

"Borc aparatları" bağlandı

"Borc aparatları" bağlandı


Bakıda “Azpul” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.

BiG.AZ pravda.az-a istinadən xəbər verir ki, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub.

Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, şəhərin bir neçə ərazisində quraşdırılan el arasında “borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 AZN məbləğində borc pul alırdılar.

Həmin borc beş gün ərzində 21 AZN şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 AZN götürmək mümkün idi.

Комментарии (0)

Оставить комментарий