Понедельник
окт 28

Bağdadinin öldürüldüyü əməliyyata zorla evləndiyi amerikalı Keylanın adı verilib

Bağdadinin öldürüldüyü əməliyyata zorla evləndiyi amerikalı Keylanın adı verilib


Bağdadinin öldürülməsi xəbəri neçə gündür medianın əsas müzakirə mövzusuna çevrilib.

Amerika ordusu Bağdadinin öldürüldüyü əməliyyatın adını 2013-cü ildə İŞİD tərəfindən qaçırılan və Bağdadi ilə zorla evlənməyə məcbur edilən amerikalı humanitar yardım işçisi Keyla Mallerə ithaf etdi.

May.az xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri bu barədə bəyanat yayıb.
Keyla Maller kimdir ?
Arizonalı insan haqları müdafiəçisi və humanitar yardım sahəsi üzrə çalışan Keyla 2012-ci ilin dekabr ayında Türkiyə sərhədində məskunlaşan suriyalı qaçqınlarla işləməyə başlayıb.

2013-cü ilin avqust ayında Keyla suriyalı dostu ilə birgə "Sərhəd Tanımayan Həkimlər" təşkilatının Hələbdəki xəstəxanasına lazım olan vasitələrin yerləşdirilməsi üçün getdi. Ancaq təşkilat Suriyanın beynəlxalq təşkilatlarda çalışan işçilər üçün təhlükəli olduğunu və bunun üçün də heç bir tədbir görmədiyini bildirdi.

Keylanın geri qayıtması üçün Türkiyə sərhədinə avtobus göndərən təşkilat yolda İŞİD-in hücumuna məruz qaldı. Avtobusdakı bütün heyət əsir alındı.
İŞİD üzvləri avtobusdakı hər kəsi sərbəst buraxsa da, 26 yaşlı Malleri buraxmadılar. Bir müddət sonra Bağdadi ilə zorla evləndirilən Mallerin cinsi istismara və zorakılığa məruz qaldığı iddia edildi.

2015-ci ilin fevral ayında isə Rəqqaya edilən hava hücumları nəticəsində Mallerin həyatını itirdiyi bildirildi. Mallerin ailəsinə onun ölməsini təsdiqləmək üçün şəkilləri göndərildi.
Keyla Mallerin həyatını itirdiyi Amerika kəşfiyyatı tərəfindən təsdiq olundu.

Комментарии (0)

Оставить комментарий