Вторник
окт 13

İranda PUA qəzaya uğradı

İranda PUA qəzaya uğradı



İranın şimal-qərbində pilotsuz uçuş aparatları qəzaya uğrayıb.

Ölkənin şimal-qərbindəki Ərdəbil əyalətinin Parsabad-Moqan sərhəd bölgəsində bir pilotsuz uçuş aparatı qəza enişi edib.

Ərdəbil qubernatorunun müavini Behruz Nedai IRNA-ya açıqlamasında qəzanın baş verdiyini təsdiqləyib. Nedainin sözlərinə görə, PUA-nın haraya məxsus olduğunu müəyyənləşdirmək üçün istintaq aparılır. Publika.az

Комментарии (0)

Оставить комментарий