Четверг
сен 15

“Bizdə benzinin qiyməti çox ucuzdur” - Rövnəq Abdullayev

“Bizdə benzinin qiyməti çox ucuzdur” - Rövnəq Abdullayev


"Azərbaycanda benzin çox ucuzdur”.

May.Az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb:

"Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyatlanıb, hökumətdən xahiş etdi və ölkəyə 30 min tona yaxın benzin gətirdi. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədə benzinə olan tələbatı tam ödədik, əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub”.

Комментарии (0)

Оставить комментарий