Среда
авг 24

Burun əməliyyatı zamanı can verən qızın fotosu: 601 bal toplamışdı

Burun əməliyyatı zamanı can verən qızın fotosu: 601 bal toplamışdı


Burnundan əməliyyat olunarkən dünyasını dəyişən 17 yaşlı qızın fotosu yayılıb.

May.Az-in məlumatına görə, Aygül adlı gənc qızın yanında əyləşən onun qardaşıdır. Gənc qız bu il 601 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olub.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Şahin Həbibov

Комментарии (0)

Оставить комментарий