Dekabrın ilk iş günündə hava necə olacaq? - PROQNOZ


Dekabrın ilk iş günündə hava necə olacaq? - PROQNOZ


Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9°, gündüz 9-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək.

Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Xeberler Oxunub: 141 Tarix: 1-12-2019, 18:39

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz