^
U

Bu şəxslərin maaşı artırıldı - ŞAD XƏBƏR


Hazırda adətən şokolad halında istifadə edilən kakaonun çiy halındakı faydaları saymaqla bitmir. Maqnezium baxımından da digər qidalardan daha zəngin olan kakao bir çox xəstəliyin dərmanıdır.

Medicina.az xəbər verir ki, kakao tərkibli şokoladlarda immunitet sistemi üçün çox vacib olan sink vardır. Bundan əlavə şokoladda B və C vitaminləri var.

Həmçinin kakao özündə xroniki hala gələn streslə mübarizə üçün ən faydalı element olan kaliumu ehtiva edir. Əgər depressiyadasınız və davamlı olaraq acırsınızsa kakao yeməyi yoxlayın.

Kakao xoşbəxtlik hissi verən hormonları işə salır və iştahı nəzarət altında saxlayır. Hələ 4 min il əvvəl Mayalılar tərəfindən dərman kimi istifadə olunan kakaonun tərkibində vitamin və minerallar vardır.

Bədəndə iltihabın qarşısını alır. Kakao tərkibindəki antioksidantlar vasitəsilə xərçənglə mübarizə aparır. Yaşıl çayla müqayisədə 3 qat daha çox antioksidan maddələr sahibdir. Zəngin bir kalsium mənbəyi olan kakao, sümüklərin güclü olmasını təmin edir.

Kakaonun tərkibində çox miqdarda mis var. Mis, bədənin dəmir qəbulunba kömək edir.Bu da dəri, damarlar və toxumalar üçün faydalıdır. İmmunitet və reproduktiv sistem üçün faydalı olan çoxlu dəmir və sink kakaoda birləşir .

Bədəndəki daxili orqan əzələlərini rahatlatmaqla damar tıxanmasının qarşısını alır. Kakos yağından günəşin zərərli şüalarından qorunmaq üçün istifadə edə bilərsiniz.

Əgər şokoladdan faydalanmaq istəyirsinizsə, yeyəcəyiniz məhsulun kakao tərkibinə diqqət yetirməlisiniz.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 543 Tarix: 26-11-2019, 23:16
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az