Воскресенье
июн 12

Rudilli şagirdlər üçün ağır gün

Rudilli şagirdlər üçün ağır gün


Bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından May.Az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - da başlayacaq.

"Azərbaycan dili" fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib.

Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilir.

Abituriyentlərin "İmtahana buraxılış vərəqəsi" TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Məlumat üçün bildiririk ki, imtahanda 1486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.

Комментарии (0)

Оставить комментарий