Пятница
ноя 08

Azərbaycanda ət məhsulları ucuzlaşacaq - QANUNA DƏYİŞİKLİK

Azərbaycanda ət məhsulları ucuzlaşacaq - QANUNA DƏYİŞİKLİK


Xəbər verdiyimiz kimi, noyabrın 7-də Milli Məclisin İqtisadi-Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı məlumat verib. Nazir bildirib ki, edilən dəyişikliklərə əsasən quş əti satışının ƏDV-dən azadolma müddəti daha dörd il müddətinə uzadılır. Bundan əlavə, heyvan ətinin satışı da dörd il ərzində ƏDV-dən azad ediləcək.

Bununla bağlı May.az-a danışan deputat Vahid Əhmədov bildirib ki, aparılan vergi islahatlarının davamı edir: "Bir sıra məhsullar əlavə dəyər vergisindən azad edilir. Yəni quş əti satışının ƏDV-dən azadolma müddəti daha dörd il müddətinə uzadılır. Həmçinin heyvan ətinin satışı da dörd il ərzində ƏDV-dən azad ediləcək. Şəxsi evlərdə yaşayan insanlar 30 kvadrat metrə qədər olan hissəsindən əlavə dəyər vergisi ödəməyəcək. Bundan əlavə, sahibkarlar və bina tikən şəxslər dövlət ödədikləri vergidən azaddırlar. Həmçinin sadələşdirilmiş vergidən və əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müəyyən maddələrə dəyişikliklər edilir. Bu dəyişikliklər sahibkarların normal işləməsini təmin ediləcək. Həmçinin bəzi məhsulların əlavə dəyər vergisindən azad edilməsi bazara və qiymətlərə müəyyən qədər təsir edəcək. Edilən bu dəyişikliklərin əsas məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır".

Комментарии (0)

Оставить комментарий