^
U

Bakıda görünməmiş hadisə: Bank 9 ildən sonra müştəriyə 1 qəpiklik borc çeki göndərdi (FOTO)


Azərbaycanda qəribə hadisə baş verib.

May.Az-in məlumatına görə, paytaxt sakini 9 il sonra bankdan borc qəbzi göndərilib.

"NBC" bankın Sahil filialından göndərilən qəbzdə 11.08.2016 tarixinə qalıq borc kimi 0.01 AZN qeyd edilib.

Redaksiyamıza qəbzin fotosunu göndərən oxucumuz təəccübünü gizlətməyib. Vətəndaş bildirir ki, 9 il əvvəl 38 min AZN həcmində avtomobil krediti götürüb. Qısa müddət ərzində həmin borcu ödəyən müştəri bu yaxınlarda növbəti dəfə həmin banka müraciət edib.

Son nəticədə "NBC" bank müştəriyə qalıq borcunun olduğunu əsas gətirərək kredit verməkdən imtina edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Bank, müştəri, NBC, NBC bank, kredit
Bölmə: Xeberler Oxunub: 1 746 Tarix: 11-08-2016, 18:23
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az