Среда
окт 30

İsrailin Rusiyadakı səfirliyi bağlandı

İsrailin Rusiyadakı səfirliyi bağlandı


İsrailin Rusiyadakı səfirliyi işləmir.

MAY.AZ-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə səfirliyinin əməkdaşları bildirib.

Qərar İsrail Maliyyə Nazirliyinin əvvəllər imzalanan müqavilələri pozduğu üçün qəbul olunub.

"Xidmətlər təqdim olunmayacaq. Səfirliyə giriş bağlıdır". - deyə səfirliyin "Facebook" səhifəsində bildirilib.

Bənzər bir qərar İsrailin Ukraynadakı səfirliyi tərəfindən də qəbul olunub.

Oktyabrın 30-da İsrail Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları İsrailin xaricdəki diplomatik nümayəndəliklərində etiraz aksiyaları keçiriblər. Fələstinlə sərhəddə nəzarət məntəqələri bağlanıb.

Bu, İsrail Maliyyə Nazirliyinin qəbzlərli olmayan diplomatların xərclərindən vergi götürmək qərarından sonra başlanıb.

Natəvan Baxşiyeva

Комментарии (0)

Оставить комментарий