Пятница
июл 29

Çörək bahalaşır

Çörək bahalaşır


İyulun 30-dan respublikamızda çörəyin qiyməti artacaq.

Modern.az saytı xəbər verir ki, bu barədə razılıq hazırda respublikamızda çörək istehsalı ilə məşğul olan iş adamlarının bu gün keçirilən toplantısında qəbul edilib. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.

Qiymət artımının isə devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, unun qiymətində hər hansı dəyişiklik gözlənilmir.

Комментарии (0)

Оставить комментарий