Четверг
июл 28

Mehriban Əliyevanın vitse-prezidentliyə namizədliyi təklif olundu

Mehriban Əliyevanın vitse-prezidentliyə namizədliyi təklif olundu


Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişikliklərə görə, Azərbaycanda ilk dəfə olaraq vitse-prezident institutu yaradılır.

Virtualaz.org-un məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə müsahibəsində deyib ki, birinci vitse-prezidentliyə ən layiqli namizəd birinci ledi Mehriban Əliyevadir.

"Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb. Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadınının tanıdılması üçün böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini qazanıb. O həm də hakim partiyada sədr müavini olmaqla Prezidentin ən sadiq silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi”, - deyə Q.Həsənquliyev vurğulayıb. .

Bəs kimlər vitse-prezidentlər ola bilər məsələsinə gəldikdə, Q.Həsənquliyev bildirib ki, bu postu tutacaq şəxslər Prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar: "Bu keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər. Doğrusunu isə... prezident bilir”.

Комментарии (0)

Оставить комментарий