^
U

"Üç orqanın ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinə birləşdirilməsi çox mühüm struktur dəyişiklikdir" - Deputat


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi haqqında fərman imzalayıb.

Bununla bağlı BiG.AZ-a danışan Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirib ki, bir çox deputatlar kimi mən də parlament çıxışlarımızda və müsahibələrimizdə daim oxşar strukturların birləşdirilməsi, paralel strukturların ləğv edilməsi ilə bağlı fikirlər səsləndirmişik:
"Bu qərar məndə çox böyük məmnunluq yaradır. Dövlət başçımız tərəfindən aparılan inqilabi islhatdır. Yəqin ki, bu islhatların davamı olacaq. Üç orqanın ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinə birləşdirilməsi çox mühüm struktur dəyişiklikdir. Prezident Admintrasiyası ilə Nazirlər Kabineti arasındakı kurasiyalar və fərqlər dəqiqləşəcək. Müəyyən qədər komitə və xidmət sahələrində birləşmə, ayrılma məsələləri olacaq. Aparılan islahatları alqışlayıram. Bu islahatlar məni çox sevindirir".

Deputat qeyd edib ki, Mikayil Cabbarov təmiz və şəffaf işləyən kadrdır: "Onun İqtisadi İnkişaf Naziri təyin edilməsi çox yaxşıdır. Korrupsaner olmayan insanın vəzifəyə təyin edilməsi insanlarda inam yaradır. Hesab edirəm ki, Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birləşdirilərək İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilməsi çox mühüm addımdır. Nazirlər Kabinetinə tapşırıq verilib ki, 2 ay müddətinə İqtisadi İnkişaf Nazirliyinin yeni əsasnaməsini təsdiq edib, Prezidentə təqdim etsin. Heç şüphə etmirəm ki, iqtisadiyyatın və dövlət payının idarə olunmasında çox mühüm mərhələdir. Bundan əlavə vergilərin toplanmasında şəffaflığın artırılmasında, korrupsiyanın aradan qaldırılması istiqamətində çox mühüm addımdır. Effektivliyi zəruri olan ştat cədvəli olacaq, fünksianal sahələ daha dəqiq bilinəcək. Mən cənab prezidentimiz İlham Əliyevin apardığı bütün islahatlarını dəstəkləyirəm".

Aysel Yusifqızı
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 580 Tarix: 23-10-2019, 18:47
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az