^
U

Binədə baş verən yanğında xəsarət alanların SON DURUMU - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gecə Qaradağ rayonu, Binə bazarında yanğın baş verib. 2 saatdan çox davam edən yanğında sahibkarlara ciddi ziyan dəyib. Səhiyyə nazirliyinin yaydığı ilkin məlumata görə baş verən yanğında xəsarət alanlar var.

MAY.AZ xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sonxeber.az-a açıqlamasında artıq müraciət edənlərin vəziyyətini sabit olduğunu deyib:

"Heç bir narahatlığa əsas yoxdur. Tüstü ilə yüngül boğulma olub, tez bir zamanda həkimlər kömək edib və artıq xəsarət alanlar evə buraxılıb".

Xatırladaq ki, Səhiyyə Nazirliyinin verdiyi məlumatda hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət etdiyi bildirilib. Onlardan üçünə yardım göstərilib, bir nəfər isə KTM- nin toksikologiya şöbəsinə yerləşdirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 734 Tarix: 8-10-2019, 12:52
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az