» » Ziya Məmmədovun göydələn ofisi sökülür - FOTOLAR

Ziya Məmmədovun göydələn ofisi sökülür - FOTOLAR


Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür.

Qaynarinfo xəbər verir ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi rayon prokurorluğunun yaxınlığında, Bakıxnov küçəsi 42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib.

Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır.

Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydan vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.

Müstəqil.az-ın əldə etdiyi məlumata görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbətlik etdiyi ZQAN holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşirdi.

Söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı binanın təcili və sürətlə sökülməsi tapşırığını aldığını bildirib.

Ziya Məmmədovun göydələn ofisi sökülür - FOTOLAR
Ziya Məmmədovun göydələn ofisi sökülür - FOTOLAR
Ziya Məmmədovun göydələn ofisi sökülür - FOTOLAR


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Xeberler Oxunub: 59 Tarix: 7-09-2019, 23:29
Xəbər mənbələrimiz
İstifadeci paneli
Youtube səhifemiz
Vkantakte- biz
Reklam
Saygaclar
inwap.az Яндекс.Метрика MobTop.az