^
U

“Formula-1” ilə bağlı Bakının mərkəzi küçələrindən biri bağlanır


Bakıda ilk dəfə təşkil olunacaq "Formula-1” üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsinə hazırlıq məqsədi ilə paytaxtda bu gün saat 24:00–dan sabah saat 15:00-dək Cavanşir körpüsündən Üzeyir Hacıbəyov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Qeyd edilən istiqamət üzrə nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün avtomobillərin hərəkəti Neftçilər prospekti ilə yalnız düzünə - Yusif Səfərov küçəsinə, eləcə də Afiyyəddin Cəlilov küçəsindən sağa Yusif Səfərov küçəsinə, həmçinin Yusif Səfərov küçəsindən sağa 28 May küçəsinə, hərəkət tənzimlənir.

Diqqətə çatdırırıq ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler / İdman Oxunub: 1 278 Tarix: 9-06-2016, 17:48
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az