Воскресенье
июл 24

İrəvandakı silahlı qrup “Ermənistanı azad etmək” niyyətindədir

İrəvandakı silahlı qrup “Ermənistanı azad etmək” niyyətindədir


“Biz Ermənistanı azad etmək missiyası ilə silahlı üsyan qaldırmışıq. Bizim təslim olmaq niyyətimizin olması barədə xəbərlər həqiqətə uyğun deyil”.

May.Az APA-ya istinadən verir ki, bu barədə İrəvanda jurnalistlərlə təşkil olunmuş görüşdə Ermənistanın Post-Patrul Xidməti Alayının binasını ələ keçirən silahlı qrupun üzvü Varujan Avetisyan bildirib.

“Mənim məlumatıma görə, kimlərsə bizim qrupun guya təslim olmaq niyyətində olması barədə xəbərlər yayır. Əslində, biz ölkəmizi azad etmək missiyası ilə əlimizə silah alıb üsyan qaldırmışıq. Xalqın itaətsizliyi, müəyyən səbəblərdən yavaş olsa da, durmadan artır”, - deyə Varujan Avetisyan qeyd edib.

Bundan əvvəl silahlı qrup mətbuat nümayəndələri ilə görüş təşkil ediləcəyi təqdirdə girov götürdükləri polis əməkdaşlarını azad edəcəklərini vəd ediblər. Hökumət nümayəndələri ilə danışıqlardan sonra onlara jurnalistlərə görüşmək üçün şərait yaradılıb. Silahlılar girov saxladıqları sonuncu iki polis əməkdaşını azad ediblər.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb.

Hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaşlar silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışırlar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb, 136 nəfər saxlanılıb.

Комментарии (0)

Оставить комментарий