^
U

Ramil Usubovun sıra baxışının vaxtı dəyişdirilib


Nəzərdə tutulan sıra baxışının vaxtı aprelin 19-u saat 08:00-a dəyişdirilib


Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun DİN-in Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişdirilib. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq, aprelin 15-i saat 08:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant (500 ştat) post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri, Nobel prospekti, 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı aprelin 19-u saat 08:00-a dəyişdirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 873 Tarix: 11-04-2019, 20:24
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az