Yağış, qar yağacaq - PROQNOZ


 Yağış, qar yağacaq - PROQNOZ


Bakıda və Abşeron yarımadasında aprelin 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə,səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Bölgələrdə sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Xeberler Oxunub: 396 Tarix: 2-04-2019, 13:32

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz