Пятница
мар 22

"Bakılı Oğlanlar"ın çəkildiyi reklam yalan imiş, ev alan insanları aldadıblar

"Bakılı Oğlanlar"ın çəkildiyi reklam yalan imiş, ev alan insanları aldadıblar


"Yeni Bakı" yaşayış kompleksinin sakinləri kanal15.az -a müraciət edərək, "İlin Dörd Fəsli" MMC-nin onların aldığları evlərin çıxarışlarını vermədiklərini bildiriblər.

artıq 10 ilə yaxındır ki ev almağlarına baxmayaraq onlara vəd olunan çıxarışlar verilməyib.

Son olaraq sakinlər "İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynovla görüşüblər və o bildirib ki, biz heç kimə çıxarış söz verməmişik.

Lakin illər əvvəl "Yeni Bakı" yaşayış kompleksinin reklamı televiziyalarda gedərkən evlərin çıxarışla təmin olunacağı bildirilib.

Təqdim etdiyimiz videoda "İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynovun dedikləri və reklamda deyilənlər öz əksini tapıb.


Комментарии (0)

Оставить комментарий